Gələn ildən Azərbaycana idxal olunan məhsullar idxal-karantin sistemindən keçiriləcək

Gələn ildən Azərbaycana idxal olunan məhsullar idxal-karantin sistemindən keçiriləcək
# 20 dekabr 2019 11:33 (UTC +04:00)

"Gələn ildən etibarən Azərbaycana idxal olunan məhsullara münasibətdə idxal-karantin sisteminin tətbiqi həyata keçiriləcək".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan, bitki mənşəlli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək: "Bu, ölkəyə idxal oluna qida məhsullarının həm çevik şəkildə idxalına, həm də təhlükəsizlik göstəricilərinin təmin olunaraq əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR