Gənclər Fondu, Dövlət Məşğulluq Xidməti və KOBİA yeni layihənin icrasını nəzərdən keçirir

Gənclər Fondu, Dövlət Məşğulluq Xidməti və KOBİA yeni layihənin icrasını nəzərdən keçirir
# 10 dekabr 2019 12:59 (UTC +04:00)

“Yeni iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə Gənclər Fondu tərəfindən mütərəqqi mexanizm tətbiq olunur”.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilməyə imkanları var: "Hesab edirik, bu sahədə təşviqat işlərinin aparılmasında KOBİA da əməkdaşlığa cəlb oluna bilər. Gənclər Fondu, Dövlət Məşğulluq Xidməti və KOBİA-nın birgə iştirakı ilə “Gənclərin özünüməşğulluqda rolu” layihəsinin həyata keçirilməsi müzakirə edilir. Layihə çərçivəsində müvafiq meyarlara əsasən seçilmiş startaplara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilməsi nəzərdə tutulur”.

O. Məmmədov həmçinin əlavə edib ki, məşğulluq prosesinə gənclərin aktiv cəlb olunması zəruri məsələdir: “Sosial məsuliyyət çağırışları kontekstində orta və iri sahibkarlıq subyektləri gənc mütəxəssislərin potensialından istifadə etməli, gənclərin biznes idarəçiliyinə cəlb edilməsini dəyərləndirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR