Gürcüstan yerli məhsulların Azərbaycana ixracını 16%-dən çox artırıb

Gürcüstan yerli məhsulların Azərbaycana ixracını 16%-dən çox artırıb
# 29 aprel 2021 13:15 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 18,9 mln. ABŞ dolları dəyərində yerli istehsal olan mal və məhsullar ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana bu kateqoriyada ixrac illik müqayisədə 16,4% artıb və hesabat dövründə ümumi ixracın 3,1%-ni təşkil edib.

Ötən ilin birinci rübündə isə Gürcüstanın Azərbaycana yerli istehsal mal və məhsullar ixracının dəyəri 16 mln. dollar təşkil edib.

Cari ilin ilk üç ayı ərzində Gürcüstanın Azərbaycana ən çox ixrac etdiyi yerli istehsal mal və məhsullar azotlu mineral və ya kimyəvi gübrələr (2 111,7 min dollar), canlı iribuynuzlu mal-qara (1 818,6 min dollar) və şəkərli qazlaşdırılmış süfrə suları (1 220,3 min dollar) olub.

Hesabat dövründə Gürcüstanın ən çox yerli məhsullar ixrac etdiyi ölkə Çin olub – 103,5 mln. dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR