Gürcüstandan Azərbaycana siqaret ixracı 57% azalıb

Gürcüstandan Azərbaycana siqaret ixracı 57% azalıb
# 19 noyabr 2020 13:44 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Azərbaycana 14 701,20 min ABŞ dolları dəyərində 563 ton siqaret ixrac edilib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik ifadədə 14 797,63 min dollar və ya 50,1%, həcmi isə 751,23 ton və ya 57,1% azdır. Belə ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Azərbaycana 29 498,83 min dollar dəyərində 1 314,23 ton siqaret ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR