İranın Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

İranın Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir
# 11 yanvar 2021 10:46 (UTC +04:00)

İranın Şərqi Azərbaycan vilayəti Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələri genişləndirməyə hazırdır.

"APA-Economics"in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Təbriz Ticarət Palatasının rəhbəri Yunes Caleh və İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Əhməd Hüseyni arasında keçirilən görüşdə bildirilib.

Tərəflər ticarət və iqtisadi əlaqələrin genişləndirməsi strategiyalarını müzakirə ediblər. Baş konsul qeyd edib ki, yüksək mədəni orta cəhətlər sayəsində Naxçıvanla İranın Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əməkdaşlıq genişləndirilə bilər. O, İran hökuməti ilə birlikdə özəl sektorun da bu əməkdaşlıqda rolunu vurğulayıb: "Tərəflər arasında ticarət və iqtisadi nümayəndə heyətlərinin mübadiləsini həyata keçirərək yaxın gələcəkdə Şərqi Azərbaycanla Naxçıvan arasında iqtisadi və ticarət əməkdaşlığının artacağına ümid edə bilərik".

Öz növbəsində, Yunes Caleh vurğulayıb ki, Naxçıvana potensial investisiya imkanları müəyyənləşdirilməlidir və Şərqi Azərbaycan vilayətindən Muxtar Respublikaya ixrac artırılmalıdır. Bundan əlavə, Təbriz Ticarət Palatasının rəhbəri İran ticarətçilərinin Naxçıvanla iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR