Mustafa Rifat: "Bu gün Azərbaycan Türkiyəyə ən çox yatırım edən ölkələrdən biridir"

Mustafa Rifat: "Bu gün Azərbaycan Türkiyəyə ən çox yatırım edən ölkələrdən biridir"
# 02 noyabr 2020 13:37 (UTC +04:00)

"Bu gün Azərbaycan Türkiyəyə ən çox yatırım edən ölkələrdən biridir".

APA-nın məlumatına görə, bunu "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasında çıxışı zamanı Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib.

O bildirib ki, eyni zamanda Azərbaycandakı türk iş adamlarının da yatırımları 10 mlrd. ABŞ dolları civarındadır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev isə bildirib ki, həm türk ticarət sənaye palatası çərçivəsində, həm də ikitərəfli əlaqələr əsasında böyük işlər görülür: "Bu gün Türkiyə və Azərbaycanın ticarət dövriyyəsi milyardlarla ölçülür. Azərbaycanın Qazaxıstan, Qırğızıstan və Türkmənistanla da bu cür əməkdaşlığı var. Burada məqsəd bu ölkələrdə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Türkiyədən sonra Özbəkistanla da aramızda ticarət dövriyyəsi pandemiyaya baxmayaraq artmaqdadır. Bu gün pandemiyaya baxmayaraq, Qırğızıstanın, Özbəkistanın Ticarət və sənaye palatasının rəhbəri Bakıdadır. Qazaxıstan onlayn qoşulub. Prezident İlham Əliyev də nümayəndə heyətini qəbul edib. Həmin görüşdə də gələcəkdə görüləcək işlər göstərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR