Naxçıvanın istehlak bazarı cüzi azalıb

Naxçıvanın istehlak bazarı cüzi azalıb
# 22 aprel 2021 11:36 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının istehlak bazarında əhaliyə 355 mln. manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 0,8% azalıb.

Satılan istehlak mallarının 96,9%-i pərakəndə ticarət dövriyyəsinin payına düşüb ki, bu da bir il öncəki göstəricidən 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR