Qazaxıstan məhsullarının Azərbaycana güzəştli ixracına dair razılıq əldə olunub

Qazaxıstan məhsullarının Azərbaycana güzəştli ixracına dair razılıq əldə olunub
# 29 aprel 2021 16:12 (UTC +04:00)

Ələt və Hövsan limanları ilə Qazaxıstan məhsullarının Azərbaycana güzəştli şərtlərlə tədarükünə dair razılıq əldə olunub.

APA-Economics”in məlumatına görə, bunu “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Qazaxıstanın Azərbaycandakı ticarət evinin baş direktoru Rüfət Rzayev deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşma Qazaxıstanın Azərbaycana ixracını stimullaşdıracaq: “Öz növbəsində, “Qazaxıstan Dəmir Yolları” da logistik xərclərinin optimallaşdırılmasına köməklik edir. Əminik ki, bütün bunlar Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR