"Rabitəbank"dan müzəffər ordumuza növbəti dəstək - FOTO

"Rabitəbank"dan müzəffər ordumuza növbəti dəstək - FOTO
# 06 noyabr 2020 09:57 (UTC +04:00)

Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə “Rabitəbank” ASC daha bir təşəbbüskar addım atıb. 



Bununla əlaqədar gündəlik tələbatları özündə birləşdirən individual əsgər payları tədarük edilib. Əsgərlərin maddi texniki təminatının gücləndirilməsi məqsədilə qutularda ilkin tibbi yardım üçün ləvazimatlar, isti üst geyim və alt geyimi, həmçinin gigiyenik ehtiyaclar toplanılıb. Hazırlanmış əsgər payları Bank tərəfindən ön cəbhədə vuruşan hərbçilərə çatdırılıb. 



Xatırladaq ki, “Rabitəbank” Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən ilk günlərdən kənarda qalmayaraq Silahlı Qüvvələrimizə dəstəyini göstərib. Bundan öncə Bank Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürmə edib. Müştərilərin də fonda məsafədən ianələrini asanlaşdırmaq üçün “Rabitəbank Mobil” tətbiqində onlayn dəstək funksiyası istifadəyə verilib. Həmçinin Bank, ABA-nın tövsiyəsinə dəstək olaraq cəbhədə şəhid olmuş və müharibədən zərər çəkmiş mülki müştərilərinin də kredit borcunu silmək və kredit tarixçəsini müsbət tutmaq kimi öhdəliyi icra edəcək. Ötən gün “Rabitəbank” həm də haqqında bütün sosial şəbəkələrdə qürurla danışılan topçu əsgər Vüsal Şahkərimovun təhsil xərclərini qarşılayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR