Rusiya biznesinin nikbinliyi tarixi minimuma enib

Rusiya biznesinin nikbinliyi tarixi minimuma enib
# 10 noyabr 2020 14:45 (UTC +04:00)

Bu ilin oktyabr ayında Rusiya şirkətlərinin nikbinlik indeksi tarixi minimuma enərək 6% təşkil edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu qiymətləndirməni ABŞ və Böyük Britaniyanın “HIS Markit” birgə konsaltinq şirkəti aparıb. Şirkət sözügedən indeksi önümüzdəki ildə istehsalı artırmağı planlaşdıran və tənəzzül gözləyən şirkətlərin payının fərqi kimi hesablayır.

"HIS Markit"in iqtisadçısı Şian Consonun fikrincə, COVID-19 pandemiyasının tələbata və işgüzar fəaliyyətə göstərdiyi mənfi təzyiq şirkətlərin gələn il üzrə istehsal, məşğulluq və investisiya ilə bağlı gözləntilərini əhəmiyyətli dərəcədə təsir edib.

Qeyd edək ki, ötən ay bir çox istehsalçının artan xərcləri kompensasiya etmək üçün satış qiymətlərini artırmağı planlaşdırdığı məlum olub. Şirkət tərəfindən sorğuda iştirak edən biznes nümayəndələrinin yarısından azı 2021-ci ildə yeni investisiyalara hazır olacaq.

Xatırladaq ki, Rusiyada biznesin nikbinliyi statistikası 2008-ci ildən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR