"Soliton" Azərbaycan Ordusuna dəstək olub

#
# 10:25
30 sentyabr 2020

“Soliton” MMC “Azərbaycan əsgəri, biz səninləyik” şüarı altında Azərbaycan Ordusuna dəstək olub.

Azərbaycanın ən böyük şəbəkə mağazalarından biri olan “Soliton” Mağazalar Şəbəkəsi dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bu gücə güc qataraq dəstək məqsədli yaradılan qan vermə aksiyasında da öz dəstəyini əsirgəmir. Şirkət qan ehtiyatının təmin olunması məqsədi ilə əməkdaşlarını könüllü olaraq bu aksiyaya cəlb edir.

Eyni zamanda “Soliton” əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub.

“Soliton” əməkdaşlarına və bütün hərbçilərimizə uğurlar arzulayırıq!

İndi biz daha güclüyük və inanırıq ki, zəfər bizim olacaq!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR