TAC: Azərbaycan özünü müdafiə edərək torpaqlarını işğalçılardan təmizləmə əməliyyatını həyata keçirir

TAC: Azərbaycan özünü müdafiə edərək torpaqlarını işğalçılardan təmizləmə əməliyyatını həyata keçirir
# 12 oktyabr 2020 18:18 (UTC +04:00)

Ermənistan mülki əhalini hədəfə alıb və Azərbaycan özünü müdafiə edərək torpaqlarını işğalçılardan təmizləmə əməliyyatını həyata keçirir.

Azərbaycan Sahibkarlar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bunu Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası (TAC) həmsədri Öztürk Oran qurumun İdarə Heyətinin tam tərkibdə onlayn formatda təşkil olunan ilk iclasında çıxış edərkən deyib.

Görüşdə Ermənistanın Azərbaycana hücumlarına türk iş dünyasının etirazı və forumun qarşıdakı fəaliyyəti ilə bağlı ilkin fəaliyyət planı müzakirə edilib.

“Türkiyə-Azərbaycan qardaşdır və Can Azərbaycan ilə sonuna qədər birlikdəyik”, - deyə Ö. Oran bildirib.

Öz növbəsində, qurumun digər həmsədri Vüqar Abbasov bildirib ki, ölkə başçısı İlham Əliyevin qətiyyətli addımları bütün Azərbaycan xalqını bir hədəfə yönəldib ki, Qarabağ işğalçılardan təmizlənməlidir: “Bu gün bütün iş adamları bu haqq yolunda öz dəstəyini əsirgəmir. Arzu edirəm ki, gələcək iş ünvanlarımız işğaldan azad olunmuş torpaqlarımız olsun”.

İclasda 40-a yaxın palata üzvü sahibkar iştirak edib və sahibkarlar ümumi şəkildə bu fikri dəstəkləyiblər ki, Azərbaycan ordusunun cəbhədə güclü olması üçün iş adamları da ölkə iqtisadiyyatını güclü saxlamağa çalışmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR