TİKA Azərbaycanın işğaldan azad olunan rayonlarında KOB sektorunun inkişafında maraqlıdır

TİKA Azərbaycanın işğaldan azad olunan rayonlarında KOB sektorunun inkişafında maraqlıdır
# 28 oktyabr 2020 16:41 (UTC +04:00)

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad olunan rayonlarında kiçik və orta biznes (KOB) sektorunun inkişafına və məşğulluğun artırılmasında maraqlıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan sahələr üzrə əməkdaşlıq məsələləri Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və TİKA Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki arasında müzakirə olunub.

Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilən rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR