"Technol" mühərrik yağları "Mercedes-Benz" və "Cummins" şirkətləri tərəfindən təsdiqləndi - FOTO

#
# 11:00
25 avqust 2020

Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı “Technol” istehsal etdiyi mühərrik yağları üzrə “Mercedes-Benz” və “Cummins” şirkətlərinin təsdiqini əldə etdi. Şirkətin istehsal etdiyi TECHNOL PLATINUM seriyalı 5W-30 mühərrik yağları “Mercedes-Benz” şirkəti tərəfindən test edilərək 229.51 saylı təsdiqə, TECHNOL POWER LD seriyalı 10W-40 yağları isə “Cummins” şirkəti tərəfindən test edilərək CES 20081 təsnifata layiq görüldü.

“Mercedes-Benz” şirkətinin 229.51 təsdiqinə uyğun olaraq istehsal edilən TECHNOL PLATINUM 5W-30 mühərrik yağları az miqdarlı kükürd, fosfor və sulfatlı kül tərkibinə malik olmaqla həm benzin, həm də xüsusi filtrlə təchiz edilmiş/edilməmiş dizel mühərriklərində istifadə üçün nəzərdə tutulub.

“Cummins” əsası 1919-cu ildə qoyulmuş, benzin və dizel mühərrikləri, filtrasiya məhsulları və elektrik generatorları istehsal edən və bölgüsünü həyata keçirən transmilli Amerika şirkətidir. TECHNOL POWER LD seriyalı 10W-40 yağları “Cummins” şirkətinin mühərrik yağlarına qarşı müəyyən etdiyi mühəndislik tələblərini tam qarşılayır.

Müvafiq tələblərə cavab verdiyi üçün bu gün qeyd olunan “Technol” mühərrik yağlarının istifadəsi “Mercedes-Benz” və “Cummins” şirkətləri tərəfindən tövsiyə olunmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, “Technol” şirkəti cari ilin əvvəlində Amerika Neft İnstitutunun (API) mühərrik yağlarının lisenziyalaşdırma və sertifikatlaşdırma proqramında uğurla iştirak edərək istehsal etdiyi mühərrik yağları üzrə sertifikatla təltif olunub. Sertifikat, Şirkətin istehsal etdiyi mühərrik yağlarının ABŞ, eləcə də beynəlxalq avtomobil və mühərrik istehsalçıları tərəfindən irəli sürülən və ümumilikdə yağ sənayesi üzrə müəyyən edilmiş performans tələblərini tam olaraq qarşıladığını təsdiq edir.

Müştəri məmnuniyyətinə hər zaman diqqət yetirən “Technol” şirkətində müvafiq beynəlxalq sertifikatların və məhsullar üzrə təsdiqlərin alınması prosesi davam etməkdədir.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik “Technol” şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.

“Technol” şirkətində bütün mühərrik və sənaye yağları “Infineum”, “Chevron”, “Afton” kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada istehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001 2015 standartı tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək “Technol” şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan “Technol” şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR