Türkiyəda minik avtomobillərinin ixracı 3 mlrd. dollara çatıb

Türkiyəda minik avtomobillərinin ixracı 3 mlrd. dollara çatıb
# 14 aprel 2021 14:46 (UTC +04:00)

Bu ilin birinci rübündə Türkiyədən minik avtomobilləri ixracının həcmi 2,73 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Anadolu"ya Uludağ Bölgəsi Avtomobil İstehsalçıları Birliyindən (OIB) bildirilib.

Qeyd olunub ki, bu dövrdə Türkiyə 87 ölkəyə avtomobil ixrac edib.

Birinci rübdə 7,69 mlrd. dollar həcmində olan Türkiyə avtomobil sənayesi məhsullarının ümumi ixracının 36%-ni minik avtomobilləri ixracı təşkil edib.

Avropa Türkiyə istehsalı olan minik avtomobilləri üçün əsas bazar olaraq qalır.

Hesabat dövründə Fransa türk avtomobillərinin əsas idxalatçısı olub. Cari ilin ilk üç ayında bu ölkəyə avtomobil ixracatı 21% artaraq və 497 mln. dolları ötüb. İkinci yerdə İtaliya – 291 mln. dollar, üçüncü yerdə isə İspaniya – 249,8 mln dollar qərarlaşıb.

Türkiyədən minik avtomobilləri idxal edən TOP-5-ə Almaniya – 240,4 mln dollar, Böyük Britaniya – 213,6 mln. dollar daxil olub. Türkiyədən bu beş ölkəyə ümumi minik avtomobili ixracatı 1,49 mlrd. dollar (avtomobillərin ümumi ixracatının 55%-i) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR