WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək
# 25 sentyabr 2020 17:26 (UTC +04:00)

2021-ci ildə Dünya İqtisadi Forumu (The World Economic Forum – WEF) Davosda keçirilməyəcək, tədbir ənənəvi məkanına yalnız 2022-ci ildə qayıdacaq.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə WEF-in təsisçisi və prezidenti Klaus Şvabın "Davoser Zeitung" qəzetində dərc olunan məktubunda qeyd olunur.

WEF-in prezidenti qeyd edib ki, forum 2022-ci ildə Davosa döndükdə iştirakçı sayının azaldılması planlaşdırılır.

Forumun əlaqələndirmə üzrə mütəxəssisi Sem Vertmüller isə RİA "Novosti"yə bildirib ki, WEF-in 2021-ci ildə Davosdan köçürülməsi qərarı hələ verilməyib və yaxın həftələrdə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, forumun 2021-ci il yanvar ayının sonuna keçiriləcəyi planlaşdırılsa da, daha sonra pandemiya ilə əlaqədar tədbirin gələn ilin yayın əvvəlinə təxirə salındığı bildirilirdi. Forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR