Azərbaycan və Pakistanın beyin mərkəzlərinin əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Pakistanın beyin mərkəzlərinin əməkdaşlığı müzakirə olunub
# 06 may 2021 10:38 (UTC +04:00)

Azərbaycan və Pakistanın beyin mərkəzləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan mövzuya Mərkəzin icraçı direktoru Vüsal Qasımlı ilə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye arasında keçirilən görüş zamanı toxunulub.

Görüşdə birgə tədqiqatların aparılması məqsədilə İİTKM və Pakistanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Səfir B. Haye iki ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, iqtisadi əlaqələrin, xüsusilə ticarət əlaqələrin genişlənməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb. O, Azərbaycanla Pakistan arasında ticarət və investisiya sahəsindən əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR