Azərbaycana əczaçılıq məhsullarının idxalı apreldə kəskin artıb

Azərbaycana əczaçılıq məhsullarının idxalı apreldə kəskin artıb
# 17 may 2021 16:30 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 159,629 mln. ABŞ dolları dəyərində 8 483,96 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29%, həcmi isə 9,7% artıb.

Təkcə bu ilin aprel ayında isə ölkəyə 46,431 mln. dollarlıq 2 031,41 ton əczaçılıq məhsulları gətirilib ki, bu da mart ayı ilə müqayisədə müvafiq olaraq 44,3% və 56,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR