Azərbaycana yeyinti məhsullarının idxalı 23%-dən çox artıb

Azərbaycana yeyinti məhsullarının idxalı 23%-dən çox artıb
# 17 may 2021 16:25 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 634 764,18 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 23,5% çoxdur.

Ümumilikdə, yanvar-aprel aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,99% təşkil edib.

Hesabat dövründə ölkəyə 20 673,16 min dollar dəyərində 12 124,20 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 29,5%, həcm göstəricisi üzrə isə 25,6% azdır.

Cari ilin yanvar-aprel ayları ərzində ölkəyə 3 697,46 min dollar dəyərində (azalma 35,1%) 2 537,39 ton (azalma 21,6%) süd idxal olunub.

Ölkəyə həmçinin 27 150,33 min dollar dəyərində 5 600,43 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 1,4% və 4,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR