Azərbaycanda elmi nailiyyətlərin kommersiyalaşdırılması üzrə işçi qrup yaradılacaq

Azərbaycanda elmi nailiyyətlərin kommersiyalaşdırılması üzrə işçi qrup yaradılacaq
# 07 may 2021 17:32 (UTC +04:00)

AMEA-nın institutlarının patentləşən elmi nailiyyətlərinin kommersiyalaşdırılması, marketinq tədqiqatlarının aparılması, biznes planının hazırlanması, texnoloji transferin həyata keçirilməsi, investor və ya tərəfdaşların tapılması məqsədilə Yüksək Texnologiyalar Parkında sahəvi (elmi bölmə) və ya institutlar üzrə işçi qrupun yaradılması nəzərdə tutulur.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Texnopark elmin kommersiyalaşmasında birbaşa iştirak edir, elmtutumlu və innovativ məhsulların istehsalını həyata keçirir. 

Texnoparkın fəaliyyətinin prioritet istiqamətlərindən biri “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”na uyğun olaraq elmi müəssisələr ilə əməkdaşlığı artırmaq və elmin kommersiyalaşmasına dəstək verməkdir.

Bu məqsədlə AMEA institutlarının əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin texnoparkda reallaşdırılması həyata keçirilir. Hazırda bu institutlar sırasında akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri İnstitutu, Torpaqşünaslıq və Aqrokimya, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Polimer Materialları, Dendrologiya və Botanika institutları yer alıb.

Texnoparkda qeyd olunan institutlarda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, polimer, epoksid kompozisiyaları, dərman preparatları, bir çox xəstəliklərin profilaktikası üçün vasitələr, kimyəvi maddələrin alınması üsulları ilə bağlı patent layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR