Azərbaycanda kompüter satışları artıb

Azərbaycanda kompüter satışları artıb
# 17 may 2021 12:40 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86,9 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,2% və ya 2,7 mln. manat artıb.

Cari ilin aprel ayında satışlar mart ayı ilə müqayisədə isə 3,1% və ya 0,7 mln. manat azalıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR