Azərbaycanın daha 30 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycanın daha 30 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib
# 13 may 2021 21:41 (UTC +04:00)

Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.

Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.

Qeyd edək ki, “Rosselxoznadzor” ötən ilin dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqqında qərar verib. 2021-ci ildən isə qurum müntəzəm olaraq Azərbaycanın bir sıra müəssisələrindən pomidor və alma idxalını bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR