“Bestcomp Group” şirkəti rebrendinq etdi - FOTO - VİDEO

“Bestcomp Group” şirkəti rebrendinq etdi  - FOTO - VİDEO
# 09 dekabr 2019 15:00 (UTC +04:00)

Azərbaycanın aparıcı İT şirkəti olan “Bestcomp Group” rebrendinq etdi.

O, dekabr ayının 3-6-da Bakıda keçirilən “Bakutel-2019” sərgisində özünün yeni loqosunu və reklam çarxını təqdim etdi.

”Bestcomp Group” şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, CİSCO, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

“Bestcomp Group”AZEMİS” Elektron Məhkəmə İdarəetmə Sistemi, Mobil Məhkəmə, Elektron İcra, BproDoc, BproRec, BproLib, AzDoc (Nəqliyyat, Rabit və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə hazırlanmış), E-Notariat və sair 30-dan çox proqram məhsulu yüzlərlə dövlət qurumlarında, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Ədliyyə Nazirliyində, Maliyyə Nazirliyində, Energetika Nazirliyində, Turizm Agentliyində, e-gov hökumət portalında və özəl şirkətlərdə tətbiq edilib.

"Bestcomp Group"un “Bakutel-2019” sərgisindəki stendi “Ən parlaq stend” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR