Ötən ay ərzində Milli Depozit Mərkəzi tərəfindən 430 alğı-satqı müqaviləsi qeydiyyata alınıb

Ötən ay ərzində Milli Depozit Mərkəzi tərəfindən 430 alğı-satqı müqaviləsi qeydiyyata alınıb
# 24 iyul 2008 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 12 müqavilə bağlanıb. MDM-dən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində 7 496 776 manat nominal dəyərində olan 1 137 357 ədəd səhm üzrə 430 alğı-satqı və 492 min manat nominal dəyərində olan 60 ədəd istiqraz üzrə 20 alğı-satqı müqavilələri qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 71 müqavilə bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR