«Cəlilabad Bazarı» ASC-nin səhmləri satılıb

«Cəlilabad Bazarı» ASC-nin səhmləri satılıb
# 28 iyul 2008 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən iyulun 22-də keçirilmiş 471-ci pul hərracında «Cəlilabad Bazarı» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 75 250 manat,buraxılmış səhmlərinin sayı 37 625 ədəd, bir səhminin nominal qiyməti isə 2 manatdır. Satışa səhmdar cəmiyyətinin nominal dəyəri 22 634 manat təşkil edən 11 317 ədəd səhmi çıxarılıb. Səhmlərin hamısı ümumilikdə 11 317 manat hərrac qiymətinə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR