Azərbaycan milli kompüterlərinin Moldovaya ixracına başlanılıb

Azərbaycan milli kompüterlərinin Moldovaya ixracına başlanılıb
# 29 iyul 2008 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın “KÜR” elektron avadanlıqları müəssisəsi istehsal etdiyi kompüterləri Moldovaya ixrac etməyə başlayıb. “Kür”dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar Moldovanın “Clara SRL” firması ilə müqavilə bağlanıb. Bu müqaviləyə əsasən, "KÜR" zavodu həmin ölkəyə “Optima 510” modelini ixrac edir.
Ümumilikdə isə bu il “KÜR” zavodu 5000-ə yaxın kompüter istehsal etməyi planlaşdırır. Qeyd edək ki, "KÜR" 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "SİNAM" şirkəti (Azərbaycan) tərəfindən yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR