Bu ilin iyul ayı ərzində MDM tərəfindən 570 alğı-satqı müqaviləsi qeydiyyata alınıb

Bu ilin iyul ayı ərzində MDM tərəfindən 570 alğı-satqı müqaviləsi qeydiyyata alınıb
# 05 avqust 2008 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 3 müqavilə bağlanıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 dəfə azdır. MDM-dən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində 7 883 910 manat nominal dəyərində olan 3 220 810 ədəd səhm üzrə 570 alğı-satqı və 287 550 manat nominal dəyərində olan 238 ədəd istiqraz üzrə 10 alğı-satqı müqavilələri qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 74 müqavilə bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR