Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 15% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 15% artıb
# 11 avqust 2008 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,2% üstələyərək 5 861,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 15,6%-i hüquqi şəxslərin, 45,3%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,1%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.

Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 3 809,1 mln. manatlıq ərzaq, 2,52 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, 2007-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 10,4% və 27,9% artım qeydə alınıb. Yeddi ay ərzində əhaliyə 1 719,4 mln. manatlıq və ya 29,4% çox pullu xidmət göstərilib. Xidmətin 79,4%-i hüquqi, 20,6%-i fiziki şəxslərin payına düşüb. Onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,5% və 7,7% çox pullu xidmət göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR