Nazirlər Kabineti sahibkarlıq subyektlərinə «Nəzarət kitabçası»nın əvəzsiz olaraq verilməsi barədə qərar qəbul edib

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə «Nəzarət kitabçası»nın əvəzsiz olaraq verilməsi barədə qərar qəbul edib
# 13 avqust 2008 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti sahibkarlıq subyektlərinin «Nəzarət kitabçası» ilə təminatının sadələşdirilməsi, o cümlədən bu kitabçaların sahibkarlıq subyektlərinə əvəzsiz olaraq verilməsinin təmin edilməsi barədə qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Maliyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyinə «Nəzarət Kitabçası»nın çapı üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 300 min manat məbləğində vəsait ayıracaq.

Bundan başqa, «Nəzarət Kitabçası» haqqında Əsasnaməyə edilmiş dəyişikliyə əsasən, İqtisadi İnkişaf Nazirliyi sahibkarlıq subyektlərini əvəzsiz olaraq «Nəzarət kitabçası» ilə təmin etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR