Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin keçirdiyi pul hərracında üç səhmdar cəmiyyətinin səhmləri satılıb

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin keçirdiyi pul hərracında üç səhmdar cəmiyyətinin səhmləri satılıb
# 13 avqust 2008 17:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən keçirilən 473-cü pul hərracında 3 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib. Səhmdar cəmiyyətlərdən 1-i Bakıda («Xalq üçün mallar» SC), 2-si isə regionlardadır («Xaçmaz Taxıl» SC və «Quba mini motor» SC).

Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 2 616 770,6 manat, buraxılmış səhmləri 1 308 384 ədəd, bir səhmin nominal dəyəri 2 manat təşkil edib. Satışa hər üç müəssisənin ümumilikdə 240 616 ədəd səhmi çıxarılıb. Satışa çıxarılmış səhmlərin nominal dəyəri və ilkin hərrac qiyməti 481 232 manat olub və səhmlərin hamısı satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR