Azərbaycan parlamenti payız sessiyasında Rəqabət Məcəlləsi və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinə baxacaq

Azərbaycan parlamenti payız sessiyasında Rəqabət Məcəlləsi və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinə baxacaq
# 15 sentyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan parlamentinin payız sessiyasında Rəqabət Məcəlləsi və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul edilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.
Z.Səmədzadə bildirib ki, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün bir sıra mexanizmlər mövcuddur. Müzakirəyə çıxarılan Rəqabət Məcəlləsində də məhz həmin rəqabət mexanizmləri göstərilir.
«Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsinə gəlincə, Z.Səmədzadə qeyd edib ki, qanun layihəsində xüsusi iqtisadi zonanın rejimi, güzəştlər mexanizmi, əhatə dairəsi, yerləşəcəyi ərazi, xüsusi iqtisadi zonaların administrasiyaları, xidməti, icra strukturları ilə əlaqələri və s. məqamlar bu qanun layihəsində əksini tapacaq.
Bundan başqa, Milli Məclisin payız sessiyasında 2009-cu ilin dövlət büdcəsinin layihəsi, Mənzil Tikintisi Məcəlləsi və s. normativ-hüquqi sənədlərin müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR