Sabah Bakıda Azərbaycan və Britaniya biznesmenləri arasında dəyirmi masa keçiriləcək

Sabah Bakıda Azərbaycan və Britaniya biznesmenləri arasında dəyirmi masa keçiriləcək
# 15 sentyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 16-da Böyük Britaniyanın iş adamlarından ibarət olan nümayəndə heyəti Bakıya səfər edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində azərbaycanlı və britaniyalı iş adamlarının iştirakı ilə dəyirmi masa keçiriləcək. Böyük Britaniyanın nümayəndə heyəti 17 nəfərdən ibarətdir və bunlar neft, qaz, tikinti, təhsil, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən biznesmenlərdir. Dəyirmi masanın təşkilatçısı rolunda «Azpromo» çıxış edir.
Qeyd edək ki, «Azpromo» 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR