Azərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
# 16 sentyabr 2008 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Böyük Britaniyanın Orta Şərq üzrə Biznes Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə «APA-Economics»ə Azpromo-dan məlumat verilib.
«Memoranduma əsasən, hər iki təşkilat arasında ilkin olaraq Azərbaycan və Böyük Britaniyada həyata keçirilə biləcək layihələr üzrə informasiya mübadiləsi aparılacaq», - deyə Azpromo-dan bildirilib.
Memorandumu Azərbaycan tərəfindən ölkənin iqtisadi inkişaf naziri Heydər Babayev, Böyük Britaniya tərəfindən isə bu ölkənin Orta Şərq üzrə Biznes Assosiasiyasının baş direktoru Maykl Tomas imzalayıb.
Qeyd edək ki, memorandum Böyük Britaniyanın iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb. Sentyabrın 19-dək Bakıda səfərdə olacaq nümayəndə heyəti azərbaycanlı iş adamları ilə görüşəcək. Böyük Britaniyanın nümayəndə heyəti 17 nəfərdən ibarətdir və bunlar neft, qaz, tikinti, təhsil, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə fəaliyyət göstərən biznesmenlərdir. Səfər çərçivəsində iki ölkənin iş adamları üçün həmçinin dəyirmi masa keçiriləcək. Dəyirmi masanın təşkilatçısı rolunda Azpromo çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR