Avqustda Azərbaycanda yeyinti istehsal edən 42 obyektin fəaliyyəti dayandırılıb

Avqustda Azərbaycanda yeyinti istehsal edən 42 obyektin fəaliyyəti dayandırılıb
# 17 sentyabr 2008 12:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması ilə məşğul olan 42 obyektin fəaliyyətini dayandırıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 137 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib. Qeydə alınan nöqsanlarla əlaqədar 50 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR