Gələn həftə Almaniyanın Baden Vürtemberq torpağının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gələn həftə Almaniyanın Baden Vürtemberq torpağının nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 19 sentyabr 2008 11:42 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 22-24-də Azərbaycana yüksək səviyyəli nümayəndə heyətinin səfəri planlaşdırılır. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Baden Vürtemberq torpağının iqtisadiyyat nazirinin müavini Hans Froydenberg başçılıq edəcək. İnşaat, filtrasiya, aviasiya, tibb, geyim, ölçmə cihazları sahəsində fəaliyyət göstərən 11 Baden Vürtemberg şirkətinin Azərbaycana səfərinin məqsədi Azərbaycan şirkətləri ilə əlaqə yaratmaq və burada əməkdaşlığın potensialını müəyyən etməkdir.

Nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı 23 sentyabr 2008 ci il tarixində Park İnn mehmanxanasının Dan Ulduzu zalında 9-cu Alman Azərbaycan İqtisadi Forumu və Əməkdaşlıq Birjası keçiriləcək. Qeyd olunan iqtisadi forum DAWF Alman Azərbaycan İqtisadi Birliyi, Almaniyanın Azərbaycandaki Səfirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil olunacaq.

Hans Freudenberq sentyabrın 23-də səhiyyə naziri cənab Oqtay Şirəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf nazirliyi və Sənaye və Energetika Nazirliyinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Baden Vürtemberq Almaniyanın ən böyük torpaqlarından biridir. Avropanın ən çox patent alınan reqionu olan Baden Vürtemberq, həm də yüksək texnologiyaların inkişafında Avropa ölkələri arasında birinci yeri tutur.

Azərbaycanı Baden Vürtemberq torpağı ilə uzun tarixi ənənə bağlayır. 19-cu əsrin sonunda Azərbaycanın indiki Gəncə, Xanlar və Şəmkir ərazilərində məskunlaşan alman ailələri, Baden Vürtemberq vilayətindən buraya gəlib və Azərbaycanda şərab istehsalının əsasını qoyublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR