Yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb

Yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb
# 22 sentyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6 781,2 mln. manatlıq və ya 2007-ci ilin eyni dövründəkindən 15,3% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 22,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 7,9% təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 75,2%-i ticarət müəssisələri, 24,8%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Cari ilin yanvar-avqust aylarında adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 234,4 manat artaraq orta hesabla 801,4 manata çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkənin hər bir sakini ticarət müəssisələrindən 146,6 manatlıq, bazar və yarmarkalardan isə 87,8 manatlıq çox istehlak malları alıb.
Hesabat dövründə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq və qeyri-ərzaq mallarının payı 64,8% və 35,2% olub, əhaliyə 4 394,2 mln. manatlıq ərzaq, 2,387 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,2% və 28,9% artıb.
Pərakəndə əmtəə dövriyyəsinin artımın 99,6%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib, sektorun müəssisələrində əhaliyə 6 725,4 mln. manatlıq və ya 15,4% çox istehlak malları satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR