Bakıda «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçiriləcək

Bakıda «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçiriləcək
# 06 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 7-də Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə Bakıda «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçiriləcək.
Fonddan «APA-Economics»ə verilən məlumata görə, konfransda Azərbaycan hökuməti, bir sıra xarici səfirlik, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, sahibkarlar assosiasiyalarının və digər qurumların nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanda kiçik sahibkarlığın inkişafında makroiqtisadi amillərin rolu, sahibkarlıq mühitinin dəyərləndirilməsinə dair yanaşmalar, kiçik sahibkarlıq üçün mühitin yaxşılaşdırılması üzrə təkliflər və bir sıra digər məsələlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR