ABŞ səfiri: «Azərbaycan iqtisadiyyatda uğur qazanmaq istəyirsə, kiçik və orta sahibkarlığın inkişafına təkan verməlidir»

ABŞ səfiri: «Azərbaycan iqtisadiyyatda uğur qazanmaq istəyirsə, kiçik və orta sahibkarlığın inkişafına təkan verməlidir»
# 07 oktyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Milli iqtisadiyyatda daha da yüksək nəticələr əldə etmək üçün Azərbaycan kiçik və orta sahibkarlığın inkişafına təkan verməlidir. «APA-Economics»in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi bildirib.
Səfirin sözlərinə görə, kiçik və orta biznes ölkənin ümumi iqtisadi inkişafına təkan verir: «Biz bilirik ki, Azərbaycanın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafıdır. Azərbaycan iqtisadiyyatda uğur qazanmaq istəyirsə, onda məhz kiçik və orta sahibkarlığın inkişafına təkan verməlidir».
A.Dersi həmçinin qeyd edib ki, biznesin inkişafı üçün ölkədə müəyyən mühit və şərait yaradılmalıdır: «Bu amillərdən biri əmlak hüququnun qorunmasıdır. Digər vacib amil isə biznes sahəsində rəqabət rejiminin yaradılmasıdır ki, kiçik və orta sahibkarlar bu rəqabət mühitində fəaliyyət göstərərək inkişaf etsinlər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR