Finlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir

Finlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir
# 08 oktyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Finlandiya Azərbaycanın enerji sektoruna maraq göstərir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib.
Nazirin sözlərinə görə, Finlandiyanın enerji sahəsində nou-haunun tətbiqinə geniş yer verir və mövcud təcrübəsinin Azərbaycanda da təbiq etmək niyyətindədir: «Biz həmçinin Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları və digər sahələrinə də maraq göstəririk».
İki ölkə arasında ticarət dövriyyəsinə gəldikdə isə P.Vayuryunen qeyd edib ki, hazırda Azərbaycanla Finlandiya arasında ticarət dövriyyəsi arzu olunan səviyyədə deyil və hər iki ölkənin məqsədi ticarət dövriyyəsinin artırılması üçün zəruri addımlar atmaqdır.
«Biz Finlandiya şirkətlərinin Azərbaycan bazarına çıxarmaq və Azərbaycan şirkətlərini Finlandiya bazarında cəlb etmək niyyətindəyik», - deyə P.Vayuryunen qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR