İtaliya Azərbaycanı investisiya imkanlarına həsr olnmuş seminara dəvət edib

İtaliya Azərbaycanı investisiya imkanlarına həsr olnmuş seminara dəvət edib
# 08 oktyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunu (Azpromo) ölkədə investisiya imkanları mövzusunda keçiriləcək seminara dəvət edib. «APA-Economics»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Emil Məcidov bildirib.
«Biz bu ilin noyabr ayının 13-də İtaliya tərəfindən Azərbaycan üzrə keçirilən seminara dəvət almışıq. Milanda keçiriləcək tədbirdə həmçinin Gürcüstan və Ermənistan iştirak edəcək. Tədbirdə Avropa İttifaqının xarici siyasət üzrə komissarı xanım Benita Ferero Valdnerin də iştirakı gözlənilir», - deyə E.Məcidov bildirib.
Qeyd edək ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR