Azpromo xaricdə daha üç nümayəndəlik açacaq

Azpromo xaricdə daha üç nümayəndəlik açacaq
# 08 oktyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Türkmənistan hökuməti ilə Fondun bu ölkədə nümayəndəliyinin açılması məsələsini müzakirə edib. «APA-Economics»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Emil Məcidov bildirib.
E.Məcidovun sözlərinə görə, bu ilin sonunadək Azpromo heç bir ölkədə rəsmi nümayəndəlik açmayacaq: «Lakin biz Türkmənistan tərəfi ilə bu məsələni müzakirə etdik və hazırda onların cavabını gözləyirik. Bundan başqa, Fond tərəfindən Gürcüstanda da nümayəndəliyin açılması məsələsinə baxılır».
Qeyd edək ki, Azpromo həmçinin Rusiyada nümayəndəlik açmağı planlaşdırır. Artıq ilk nümayəndəlik Qazaxıstanda açılıb.
Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR