Gələn il CIBC-nin geniş iclası keçiriləcək

Gələn il CIBC-nin geniş iclası keçiriləcək
# 08 oktyabr 2008 15:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Hazırda Almatıda səfərdə olan Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) baş icraçı direktoru Telman Əliyev Qazaxıstanın aparıcı dövlət strukturlarının nümayəndələri ilə Xəzər-Qara dəniz və Baltik bölgələrinin biznes birliyinin əlaqələrinin fəallaşdırılması məsələlərini müzakirə edib.
CIBC-dən «APA-Economics»ə verilən məlumata görə, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev, «KazMunayQaz» SC-nin prezidenti Kairgeldı Kabıldin və «KazEnergy» Assosiasiyasının sədri Timur Kulibayevlə görüşlər zamanı Astanada Xəzər-Qara dəniz və Baltik bölgələrindən olan 500 şirkət və təşkilatın iştirakı ilə CIBC-nin geniş iclasının keçirilməsi barədə razılıq əldə edilib. Gələn ilin əvvəlində planlaşdırılan görüş yanacaq-energetika kompleksinin və iqtisadiyyatın onunla bağlı sahələri üzrə bütün təsərrüfat subyektlərinin iştirakı ilə keçiriləcək. Qazaxıstanın rəsmi nümayəndələri hesab edirlər ki, bu kimi görüşlər Xəzər-Qara dəniz və Baltik bölgələri ölkələrinin şirkətləri arasında daha sıx əməkdaşlığın əsasını qoya bilər. Bu görüşlərdə Qazaxıstanda CIBC-nin nümayəndəliyinin yaradılması məsələsinin müzakirəsi də gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR