Azərbaycan Dövlət Sərhəd Xidməti 4 gözətçi gəmisinin təmirinə dair tender keçirir

Azərbaycan Dövlət Sərhəd Xidməti 4 gözətçi gəmisinin təmirinə dair tender keçirir
# 10 oktyabr 2008 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) 4 Sərhəd Gözətçi Gəmisinin tərsanə təmiri işlərinin görülməsi məqsədilə açıq tender elan edib. Bu barədə «APA-Economics»ə tender komissiyasından məlumat verilib.
Tender 1 lot üzrə keçirilir və iştirak haqqı 870 manatdır. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu DSX-dan əldə edə bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) noyabrın 10-dək, tender təklifB, bank zəmanəti və iş qrafikini isə noyabrın 20-dək Tender Komissiyasına təqdim etməlidirlər.
İddiaçıların təklifləri noyabrın 21-dək DSX Mərkəzi Aparatının inzibati binasında (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,30) açılacaq. Əlaqə telefonu (+994 12) 498-01-36.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR