Azərbaycanda biznesin lisenziyalaşdırılması sisteminin sadələşdirilməsinə dair strategiya hazırlanıb

Azərbaycanda biznesin lisenziyalaşdırılması sisteminin sadələşdirilməsinə dair strategiya hazırlanıb
# 10 oktyabr 2008 11:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu layihənin rəhbəri Boris Devyak bildirib.
B.Devyakın sözlərinə görə, Azərbaycan hökumətinə lisenziya və icazələrin verilməsi prosesinin sadələşdirməsi tövsiyə olunacaq: «Azərbaycanın biznes sektoru icazə və lisenziyaların alınmasına görə ildə təxminən 35 mln. manat məbləğində vəsait xərcləyir. Bu sahədə islahatlar aparılarsa, icazələrin və lisenziyaların 1/3 hissəsi sadələşdirilərsə, həmin sahədə 12,6 mln. manatlıq qənaət əldə olunar».
B.Devyak həmçinin qeyd edib ki, Azərbaycan hökuməti lisenziyalaşdırma prosesi çərçivəsində 16,3 mln. manat inzibati xərclər maliyələşdirir, real daxilolmaları isə cəmi 12,5 mln. manat təşkil edir: «İcazə və lisenziyalar sadələşdirilərsə, Azərbaycan hökuməti 5 mln. manata qənaət edər. Bizim əsas mövqeyimiz odur ki, Azərbaycanda məhdud sayda sahədə lisenziya verilsin».
B.Devyak həmçinin vurğulayıb ki, əgər 2009-cu ildə icazələrin və lisenziyaların verilməsini sadələşdirmək mümkün olsa, artıq 2010-cu ildə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair işlərə başlanıla bilər.
Nümunə kimi B.Devyak Moldova, Meksika və Gürcüstanın təcrübəsini qeyd edib: «Moldovada lisenziya və icazələrin 70%-i ləğv olunub, 20%-i isə sadələşdirilib. Meksikada isə 50% ləğv olunub, 20% sadələşdirilib. Gürcüstana gəldikdə isə, əgər bu ölkədə əvvəl 900 lisenziya növü olubsa, islahatlardan sonra cəmi 150 növü qüvvədə qalıb».
Layihənin rəhbəri əlavə edib ki, Azərbaycan hökuməti IFC-nin lisenziyalaşdırmanın sadələşdirilməsinə dair strategiyasını qəbul edərsə, gələn il «Doing Bussines» hesabatında daha ön sıralara yüksələ bilər.
Qeyd edək ki, layihə 5 ili (2007-2012-ci illər) əhatə edir və onun icrası üçün 5 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb. Bunun əsas hissəsini İsveçrə hökuməti, qalan hissəsini isə BP və digər tərəfdaşlar ayırır. Layihə üzrə IFC-nin Azərbaycandakı əsas tərəfdaşı rolunda İqtisadi İnkişaf Nazirliyi çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR