Naxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb

Naxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb
# 13 oktyabr 2008 07:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) yeni pivə zavodu fəaliyyətə başlayıb. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, «Prestij» Naxçıvan Pivəsi adı altında fəaliyyət göstərəcək zavodun illik istehsal gücü 300 min dekalitrdir. 4 min 600 kvadratmetr sahəni əhatə edən müəssisənin qurulmasına 1 milyon 770 min manat vəsait sərf olunub. Zavodda ABŞ, İtaliya, Çexiya və Macarıstandan gətirilən avadanlıqlar quraşdırılıb. Bütün texnoloji proseslər avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Açıq və tünd olmaqla 2 çeşiddə istehsal ediləcək məhsullar istehlakçılara regiona idxal olunan pivədən 33-35 % ucuz qiymətə satılacaq.
Qeyd edək ki, Naxçıvan MR əhalisinin pivə məhsullarına olan illik tələbatı 300 min dekalitrdir. Hər il 145 min dekolitr pivə xarici ölkələrdən idxal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR