Azərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb

Azərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb
# 15 oktyabr 2008 05:13 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) cari ilin yanvar-sentyabr ayları ərzində sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi üçün 2008-ci il dövlət büdcəsindən nəzərdə tutulmuş 80 mln. manatdan 63,8 mln. manat ayrılıb.
SKMYF-dan «APA-Economics»ə verilən məlumata əsasən, həmçinin, Müşahidə Şurasının qərarına əsasən, Fondun xəzinə hesabına qaytarılan 9,2 mln. manat vəsait də sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Ümumilikdə, oktyabrın 1-dək SKMF-dan müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 52 şəhər və rayonu üzrə 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, sənaye məhsulları istehsalı (119 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (495 layihə), turizm infrastrukturunun inkişafı (33 layihə), xidmət sahəsi (50 layihə) və s. üzrə layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Maliyyələşdirilmiş layihələrin 80%-dən çoxu respublikanın regionlarının payına düşür. Bu layihələrin 85,5%-i istehsal və emal yönümlüdür. İlin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 7,8 mindən çox yeni iş yerinin yaradılacağı gözlənilir.
Xatırladaq ki, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR