Polşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər

Polşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər
# 27 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşanın “Ceramika Paradij” və “KOLO” şirkətləri Bakıda təqdimat keçiriblər. APA-nın məlumatına görə, “Ceramika Paradij” şirkətinin satış üzrə meneceri Vitold Çapik istehsal etdikləri məhsulların 60 faizini şərq ölkələrinə, o cümlədən Azərbaycana ixrac etdiklərini deyib. O, 2007-ci ildə “Keramik Siti” şirkəti ilə uğurlu əməkdaşlıq sayəsində Azərbaycan bazarına daxil olduqlarını bildirib: “Bir neçə aydan sonra Bakıya dizayner gətirəcəyəm. O, Azərbaycan alıcısının zövqünü öyrənəcək və “Bakı” adında iki-üç yeni kolleksiya hazırlayacaq”. V. Çapik 4-5 ildən sonra Azərbaycanda birgə müəssisə yaratmaq niyyətləri olduğunu söyləyib.

“KOLO” şirkətinin yeni bazarların inkişafı üzrə meneceri Leşak Politovski isə əlillər və uşaq müəssisələri üçün xüsusi santexnika istehsal etdiklərini açıqlayıb.

Təqdimetmə mərasimində şirkətlərin istehsal etdiyi məhsullar nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR