Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb

Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb
# 31 oktyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentokun təsisçiliyi ilə Azərbaycan-Türkiyə-ABŞ Fondu (ATAF) yaradılıb.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, daha əvvəl ATİB-in beynəlxalq layihələr üzrə müşaviri kimi çalışan Louette Ragusa Fondun icraçı direktoru təyin edilib.
Mənzil qərargahı Vaşinqtonda (ABŞ) yerləşən Fondun yaradılmasında məqsəd Azərbaycan və Türkiyə şirkətlərinin ABŞ-da lobbiçiliyini həyata keçirmək, onlara ABŞ bazarlarına daxil olmalarında lazımi hüquqi və konsaltinq xidmətlərini göstərməkdən ibarətdir. Eyni zamanda, ATAF regionda çalışmaq istəyən ABŞ şirkətlərinə də analoji xidmətləri göstərəcək. Bunun üçün Fondla ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Qeyd edək ki, ATAF bu ilin əvvəlində rəsmi qeydiyyatdan keçmiş Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu ilə də qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR