HP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb

HP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb
# 31 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Hewlett Packard» (HP) şirkəti «Junior Achievement Azerbaijan» qeyri-hökumət təşkilatının yardımı ilə Bakıda müasir Tədris Mərkəzi açıb.
«APA-Economics»in məlumatına görə, bu münasibətlə bu gün keçirilən tədbirdə HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, mərkəzin açılmasında məqsəd peşəkar informasiya texnologiyaları (İT) hazırlığına ehtiyacı olan tədris ocaqlarının məzunlarını, işsiz gəncləri İT və biznesin aparılması sahəsində zəruri bilik və bacarıqlarla təmin etməkdir.
Mərkəz «Yeni sahibkarlar üçün İT-də biznes» (GET-İT) proqramı çərçivəsində yaradılıb. HP şirkəti mərkəzi müasir avadanlıqlarla təchiz edib, eyni zamanda «Junior Achievement Azerbaijan» təşkilatının bir nümayəndəsinin adı çəkilən proqram çərçivəsində xüsusi müəllimlər treninqində iştirakını təmin edib. Tədris Mərkəzində gənc sahibkarlar İT-dən istifadə edərək, müxtəlif biznes məsələlərin həlli yollarını öyrənəcəklər.
R.Hacıəlibəyovun sözlərinə görə, bu, HP tərəfindən açılan ilk mərkəz deyil. Ötən il MADAD qeyri-hökumət təşkilatının yardımı ilə bu cür tədris mərkəzi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR