Azərbaycanın qərb bölgələrində alkoqollu içki və tütün məmulatları satan obyektlərdə monitorinq keçiriləcək

Azərbaycanın qərb bölgələrində alkoqollu içki və tütün məmulatları satan obyektlərdə monitorinq keçiriləcək
# 04 noyabr 2008 07:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və müvafiq qurumların nümayəndələrindən ibarət komissiya noyabrın 10-dan respublikanın qərb rayonlarında və Gəncə şəhərində monitorinq keçirəcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin müdiri Əhliman Nəsirov məlumat verib.
Ə.Nəsirovun sözlərinə görə, monitorinqin keçirilməsində məqsəd ticarət obyektlərində satılan alkoqollu içkilərin və tütün məmulatlarının sənədləşməsini araşdırmaq, eləcə də onların üzərində aksiz markalarının mövcudluğunu yoxlamaqdır.
Nazirlik rəsmisi bildirib ki, ötən həftə Bakının Suraxanı və Əzizbəyov rayonları ərazisində 21 satış obyektinə analoji baxış keçirilib. Həmin obyektlərdə alkoqollu içkilərin və tütün məmulatlarının sənədsiz satışı, lisenziyasız məhsulların satılması və s. kimi problemlər aşkar olunub. Faktlarla bağlı akt tərtib edilərək müvafiq strukturlara göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR